Modern.az

MSK YAP-ın namizədinə xəbərdarlıq etdi - seçiciyə kömək etdiyinə görə...

MSK YAP-ın namizədinə xəbərdarlıq etdi - seçiciyə kömək etdiyinə görə...

Aktual

31 Yanvar 2020, 18:12

Mərkəzi Seçki Komissiyası Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırıma xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK üzvü Tofiq Həsənov məlumat verib.

 

O qeyd edib ki, buna səbəb namizədin bir kənddə torpaq sahəsinin hamarlanmasına kömək etməsidir. Bununla bağlı videomaterial da var. Həmin videomaterial da efir vasitəsilə yayımlanıb.

 

MSK bu fakta görə 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi qeydə alınmış Fatma Yıldırıma xəbərdarlıq edib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı