Parlament seçkiləri çərçivəsində təbliğat-təşviqat işləri həlledici mərhələyə qədəm qoymaqdadır. İlk vaxtlar aktiv görünən bir çox namizədlər tədricən kölgəyə çəkilsələr də, hələ də yüksək fəallıq nümayiş etdirənlər var. 104 saylı Gədəbəy-Tovuz dairəsindən Rauf Vəliyev də belələrindədir.
Modern.az xəbər verir ki, yüksək həvəslə, yorulmaq bilmədən kənd-kənd görüşlər keçirən Rauf Vəliyev yanvarın 31-də Tovuzun 6 kəndində - Köhnəqala, Alakol, Aran Yanıqlı, Dondar Quşçu, Bayramlı və Azaflı kəndlərində olub. Seçicilərlə səmimi ünsiyyət quran Rauf müəllim öz platformasını, düşüncələrini paylaşıb, yerli sakinlərin qayğıları ilə tanış olub, qeydlər aparıb. Yaranan qarşılıqlı səmimiyyətin nəticəsidir ki, hər görüşün sonunda seçicilər Rauf Vəliyevə qarşı böyük inamlarının yarandığını, seçki günü ona səs verəcəklərini bildiriblər.