Modern.az

Seçicilər: “Lalə Abbasovanın deputat olmasını istəyirik, səsimiz onundur” - Fotolar

Seçicilər: “Lalə Abbasovanın deputat olmasını istəyirik, səsimiz onundur” - Fotolar

Aktual

1 Fevral 2020, 10:50
 

55 saylı Xaçmaz şəhər seçki dairəsindən  deputatlığa namizəd Lalə Abbasova seçicilərlə görüşlərini davam etdirir.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Lalə Abbasova Xaçmazın daha 4 kəndində seçiciləri ilə görüşüb. 

 

Lalə Abbasova Xaçmazın Hacıəlibəyli, Sərkərli, Armudpadar və Üçgün kəndlərinin insanları ilə səmimi söhbətlər edib.

 

Kənd insanları bəzi problemlərini dilə gətiriblər. Həmçinin seçicilər Lalə Abbasovanın 2005-2010-cu illərdəki deputatlıq fəaliyyəti dövründə gördüyü işləri  yada salıblar və xanım namizədə təşəkkür ediblər. Bundan sonra seçicilər yenidən parlamentdə Lalə Abbasova kimi deputatı görmək isətdiklərinə ümid etdikərini söyləyiblər. Kənd insanları cənab prezidentin daxili və xarici siyasətini bəyəndiklərini bildiriblər. 

 

Lalə Abbasova da öz növbəsində cənab prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu kadr olmasını xüsusi vurğulayıb. 

 

Seçicilərin əsas narazılıqları bəzi məmurların qanunlara əməl etməməsi ilə bağlı olub. 

 

Deputatlığa namizəd  bildirib ki, bir az da səbr etmək lazımdır:

 

“Ölkədə dövlət başçısının tapşırığı ilə böyük islahatlar aparılır. Biz hamımız cənab prezidentimizin ətrafında sıx birləşməli və ona dəstək olmalıyıq. Zamanla bu məsələlər də öz həllini tapacaq”.

 

Seçicilər onu da bildiriblər ki, Lalə Abbasova deputat seçiləcəyi təqdirdə əvvəlki illərdəki olduğu kimi yenə də burada qərargah qursun və problrmlərini gəlib ona deyə bilsinlər. Seçicilərin bəziləri küçədə “Lalə, Lalə” çağıraraq platformasını xahiş ediblər. İnsanlar Lalə Abbasova ilə şəkil də çəkdiriblər. 

 

Lalə Abbasova sonda hər bir seçiciyə deputat seçilərsə qaldırılan məsələləri aidiyyatı qurumlarla birgə həll edəcəyinə söz verib.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı