Modern.az

Balakəndə ağır qəza: 2 ölü, 2 yaralı

Balakəndə ağır qəza: 2 ölü, 2 yaralı

Aktual

12 İyun 2020, 00:32

Balakəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə axşam saatlarında Balakən-Kortala avtomobil yolunda qeydə alınıb.

İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki Balakən sakini hadisə yerində dünyasını dəyişib, daha iki nəfər – Balakən sakinləri, 1993-cü il təvəllüdlü Vaqif Əjdər oğlu Musayev və 1996-cı il təvəllüdlü Elmar Eldar oğlu Şahverdiyev aldıqları müxtəlif xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Hazırda ölən şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir. Fakt Balakən RPŞ tərəfindən araşdırılır. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!