ABŞ-ın dövlət borcu 26 trilyon dollara çataraq yeni rekord müəyyən edilib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata götə, Donald Trampın prezidentliyi dövründə ölkənin dövlət borcu 6 trilyon dollar artıb. Nazirlik bunu koronavirusun yayılmasına qarşı mübarizə çərçivəsində hakimiyyətin atdığı addımlarla əlaqələndirir.
Amerika Birləşmiş Ştatların sabiq Maliyyə naziri Henri Polsonun fikrincə, dövlət borcunun nəzarətsiz artımı və büdcə defisiti dünyanın əsas valyuta ehtiyatı qismində çıxış edən dolların üstünlüyü itirilməsinə səbəb olacaq.