Modern.az

ABŞ Azərbaycana humanitar yardım göndərib

ABŞ Azərbaycana humanitar yardım göndərib

Aktual

12 İyun 2020, 11:50

ABŞ koronavirus infeksiyası ilə mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Məlumata görə, yardım ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanlığı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı nümayəndəliyinin xətti ilə göstərilib.

 

Səfirlikdən bildiriblər ki, humanitar yardım Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə həyati əhəmiyyət daşıyan avadanlığın verilməsindən ibarət olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!