Modern.az

Koronavirus testinin nəticəsi 1 günə çıxır - RƏSMİ

Koronavirus testinin nəticəsi 1 günə çıxır - RƏSMİ

Aktual

12 İyun 2020, 18:05

“Testin nəticəsi 1 günə çıxır. Amma test sayı çox olduğuna görə burada ləngimələr ola bilər”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

 

V.Əliyev deyib ki, test laboratoriyaya təqdim ediləndə məlum olma müddəti 6 saatdır: “Bir məqamı da deyim. Sərt karantin rejiminin tətbiqi ilə bağlı nəticələr 12 gündən sonra məlum ola bilər. Onu da deyim ki, əgər yoluxma sayları artarsa, karantin rejimi də uzadıla bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!