Modern.az

Sumqayıtda yaşayış binasında YANĞIN

Sumqayıtda yaşayış binasında YANĞIN

Aktual

12 İyun 2020, 21:04

Sumqayıt şəhərində yaşayış binasında yanğın olub.

Modern.az xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi, Q.Qarayev küçəsində baş verib. İkimərtəbəli taxtadan inşa olunan yaşayış binasının 2-ci mərtəbəsində olan mənzillərdən birində qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar. Yanğın qısa zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin ehtimallara görə, yanğına səbəb qısaqapanma olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?