Modern.az

Bakının 4 rayonu susuz qaldı

Bakının 4 rayonu susuz qaldı

Aktual

17 İyul 2020, 16:55

Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) qəza baş verib.

 

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV