Ukraynanın Lutsk şəhərinin mərkəzində içində sərnişinlər olan avtobus naməlum şəxs tərəfindən girov götürülüb.
Modern.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, polislərin məlumatına görə avtobusu zəbt edən şəxsin avtomatı və qumbarası var. O, özünü Maksim Ploxoy və “Cinayətkarın fəlsəfəsi” kitabının müəllifi kimi təqdim edib. Cinayətkar öz tələblərini sosial şəbəkələrdə bəyan edəcəyini bildirib.
Ukraynanın prezidenti Vladimir Zelenski özünün “Telegram” kanalında vəziyyəti nəzarətdə saxladığını və heç kimin zərər görməməsi üçün çalışdığını bildirib.
Şəhərətrafı nəqliyyat üzrə hərəkət edən avtobusda 20 sərnişin olduğu deyilir. İlkin versiyalara görə terrorçu hökumət orqanları sistemindən narazıdır.