Modern.az

XİN İsveçdəki diplomatların geri çağırıldığını TƏKZİB ETDİ

XİN İsveçdəki diplomatların geri çağırıldığını TƏKZİB ETDİ

Aktual

10 Sentyabr 2020, 12:44

Azərbaycan Respublikasının İsveçdəki səfirliyində çalışan diplomatik heyətin geri çağırıldığı barədə bəzi KİV-lərdə xəbər yayılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi yayılan xəbərlə bağlı Modern.az-ın sorğusuna cavab verib.

“Azərbaycanın İsveçdəki diplomatik nümayəndələrinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizin İsveç Krallığındakı Səfirliyinin əməkdaşları bu ölkədəki diplomatik fəaliyyətlərini davam etdirirlər”.

Sizə yeni x var
Keçid et
GƏRGİN MÜZAKİRƏ! Ukrayna savaşı dayandırılır - Qalib kim olacaq?