Modern.az

CİNeration məzunlarına müjdə!

CİNeration məzunlarına müjdə!

Aktual

22 İyun 2012, 18:06

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Təchizatçısı olan Bakcell şirkəti müasir mobil rabitə istifadəçilərinə geniş çeşidli məhsullar təklif etməkdədir.

Daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənc müştərilər üçün xüsusi olaraq yaradılan unikal tarif planı CINeration yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub. Yarandığı gündən bu yana yeni nəslin bütün nümayəndələrini ətrafına toplayan CİNeration Bakı şəhər Təhsil İdarəsinin dəstəyi ilə məktəb məzunları üçün unudulmaz buraxılış gecəsini təqdim edir. Azərbaycanda daha bir ilk olacaq bu layihə Bakcell-in doğurdanda İlkCell olduğunu bariz nümunə ilə nümayiş etdirəcəkdir. Buraxılış gecəsinə ilin ən fəal, bacarıqlı, yüksək nailiyyətlər və müvəffəqiyyətlər əldə etmiş məzunları öz məktəbləri tərəfindən dəvət olunacaqlar. Seçilmiş məzunlar Bakcell şirkəti və Təhsil İdarəsi tərəfindən hədiyyə və diplomlarla təltif olunacaqlar. Məzunlarımızın şərəfinə təşkil olunan konsert proqramında gənclər tərəfindən sevilən xarici müğənnilər Cəza (Türkiyə), Nyuşa (Rusiya), Dan Balan, eləcə də, yerli Miri Yusif, Safura, Uran, DJ Shock və meyxana ustaları Pərviz Bülbülə, Rəşad Dağlı və Vüqar Biləcəri öz ifaları ilə gənclərimizin zövqlərini oxşayacaqlar.   Tədbir haqqında ətraflı məlumatı Bakcell-in internet və Facebook səhifələrindən əldə edə bilərsiniz.  . www.bakcell.com www.facebook.com/bakcell
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı