Əkbər QOŞALI
Azərbaycan Prezident İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin edib. Xüsusi nümayəndə Aydın Kərimovu videoformatda qəbul edən cənab Prezident ona bir sıra istiqamətlər üzrə tapşırıq və tövsiyyələr verməklə yanaşı, cəmiyyətimizə, eləcə də, dost olan-olmayan yaxın uzaq dövlətlərə də ismarınclar verdi. Əslində, Ali Baş Komandanın ismarıncları yalnız Şuşa ilə, yalnız Qarabağla bağlı deyil, ümumazərbaycan, region və dünya ilə bağlıdır, ümumdünya marağı kəsb edir. Bu maraq işğalla azdlığın, cəhalətlə irəligörüşlülüyün, qaranlıqla gündüzün, Şərlə Xeyrin fərqini ifadə edir.
Bir məqama diqqət edək: qalib ölkələrdə özünü göstərən arxayınçılıq, əldə edilmiş yüksək nəticə ilə qürur qarışıq barışıqlıq və s. qalib ölkəmizdə önəmli ölçüdə hiss olunmur. Müzəffər Ali Baş Komandan ölkəni daha yeni hədəflərə kökləyir. Necə deyərlər, arxayınlaşmaq yoxdur, sakitləşmək yox, tənbəlləşmək yoxdur! Fəaliyyət müstəvisi, forma dəyişmiş ola bilər, ancaq hədəf və məzmun dəyişməyib, əksinə daha yeni üfüq qazanıb, dərinlik kəsb edib. Azərbaycan böyüyür, Azərbaycan öz itirilmiş haqlarını bərpa edir, Azərbaycan Sabahlara daha güclü və alnıaçıq, üzüağ gedir! Mübarizə yalnız tankla-topla olmur, mübarizə bütün əməli fəaliyyət sahələrincə və koordinasiyalı şəkildə həyata keçirilir. “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir”; “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” (H.Əliyev). Təsəvvür edin: 44 günlük Vətən Müharibəsi bütün digər tərəfləri, məziyyətləri ilə yanaşı, nə qədər iqtisadi imkanlarımızı özümüzə qaytardı, düşmənə nə qədər iqtisadi zərbə oldu. 44 günlük müharibə Ermənistanı bəlkə 44 il geri atdı – bura psixoloji, ideoloji, siyasi, hərbi məsələrlə yanaşı məhz iqtisadi amil önplanda daxildir. 44 günlük müharibə sözün hər mənasında Yolumuzu açdı, üfüqümüzü genişlətdi. Müharibə bitər-bitməz yeni yollar tikilir – sürətli, enli, keyfiyyətli; Naxçıvan yolu açılır – bu bölgədə yeni siyasi-iqtisadi iqlim yaradacaq. Hava yollarının yeni marşurutları Qarabağdan keçəcək: Füzuli Hava limanı 24/7 iş rejimində tikilir; Laçın yaxud Kəlbəcər Hava limanının təməlinin qoyulacağı gün uzaqda deyil. Və istər müharibədə, istər müharibədən sonra bütün yollar Şuşaya aparır. Müzəffər Ali Baş Komandan Şuşanı, Şuşanın adına layiq, öz adına layiq, Azərbaycanın adına layiq gözəllik, vaxt və keyfiyyətdə təmir-bərpa etməkçün böyük işlər görür: Ləyaqətli Şuşa üçün fövqəladə, təxirəsalınmaz işlər başlayıb. Şuşaya yol çəkilir; Şuşa Mədəniyyət Paytaxtımız elan olunub; Şuşanın iki əsas festivalı – “Xarıbülbül” və “Vaqif Poeziyal Günləri” bərpa edilib; Şuşaya xüsusi nümayəndə təyin edilib və s. Əgər Ermənistan siyasi-hərbi rəhbərliyi, birgəyaşayışdan anlamayan ermənilər şüuraltı, şüuryanı, şüurböyrü... daha doğrusu, şüursuz şəkildə Şuşamıza, Şuşanı dirçəltməyimizə qarşı “plan” cızısrsa, illa da bihudədir! – Demək ki, dünyanı, bölgəni sarmış yeni gerçəklikləri anlamamışlar. Necə deyərlər, nə müharibəni anladılar, nə müharibəsonrasını… İndi ən ağıllı yol Azərbaycanla anlaşmaqdır, Azərbaycana qarşı olmamaqdır, Azərbaycana sayğı duymaqdır. Bu sayğıduyarlıq bizdən öncə sayğıduyanlara gərəklidir. Gərək heç kəs unutmasın ki Azərbaycanın unutmayacağı yaraların üstünə hər hansı janr, kateqoriya, məzmunda yara əlavə etmək, qərtmək qopartmaq, tarix üçün, gələcək üçün bizim sevgimizdən, xeyirxahlığımızdan, dəstəyimizdən məhrum olmağa gətirib çıxaracaq. Adamlar onlara edilmiş pislikləri unuda bilər, kin, nifrət heç kəsə fayda vermir, ancaq pisliyini unutduğun da yeni pisliklər peşində olmamalıdır. Xalqlar, dövlətlər adamlar kimi deyil, burada kollektiv məsuliyyət var, tarixi məsuliyyət var, gələcəyin inşası var və uzunmüddətli düşmənçiliklər etmiş, qan tökmüş dövlətləri bağışlamaq adamları bağışlamaq kimi deyil. Adamlar bir yerdən başqa yerə köçə bilər, iş yerini dəyişə bilər, ölə bilər və s.; xalq, dövlət, ölkə köçməkçün deyil, küsməkçün deyil… Dövlətimiz əbədidir: dünən vardıq, bugün varıq, sabah olacağıq! Azərbaycan xalqı bu torpaqlar üzərində həmişə yaşayıb, qurub-yaradıb; haylarsa Qafqaza, bizim torpaqlara gəldi gələli dağıdıb, yıxıb, uçurub, “özününküləşdirib”; öldürüb, qan töküb, güllə atıb haylar… Qan axıtmaq aludəçiliyi, hələ-hələ günahsız qan axıtmaq ağlı azaldır, şüuru zədələyir, insandakı insanlığı söndürür. Haylar Qafqazda, Azərbaycan ərazilərində son ikiyüzil ərzində məskunlaşmağa, ötən yüzilin əvvəllərindən etibarən qurumsallaşmağa başlayıb. Hayların respublikamızın ərazisində ən təsirli vaxtları XX yüzilin 20-ci– 40-cı illərində olub, ən ağır zərbələri də o illərdə almışıq. Sonralar böyük tarixi olaylar, bizlərin sadədilliyi, xoşgörüsü hayların “heç nə olmamış kimi” yaşamalarına münbit ortam yaradıb. Nəhayət SSRİ-nin çöküşə getdiyi illərdə haylar onlarçün çox əlverişli mövqelərə, yerlərə, imkanlara sahibdi və ağılları olsaydı rahat, firavan həyat sürərdi; əgər haylar milli münaqişədən uzaq dursalardı, Qafqazlarda ən “komfort zona”da həyata davam edərdi. Amma günahlar, cinayətlər bəsirət gözlərini kor etdi. Əlbəttə, İlahi ədalət var və əlbəttə, günasız qan tökə-tökə, evlər yıxa-yıxa “komfort zona”da qalmaq mümkün olmazdı. İndi, budur, haylar uğursuz dövlət qurduqları 100 il civarı tarixin ən bərbad, inamsız – darmadağın günlərini yaşayır. Heç olmazsa indi ağıl kateqoriyasında bir hərəkətdə bulunsalardı, bəlkə olan-qalanlarını əldə saxlayar, yaraları sarıya bilərdilər. Ola bilsin, artıq ağıldan keçib, quduzların başına yenidən Dəmir Yumruq enməlidir. İlahi ədalət, kainatın ruhu, ümumdünya gedişatı və əlbəttə, Azərbaycaın özündən böyük mənası hər kəsə öz haqq etdiyi yeri bir göstərib, bir də göstərər...
Azad edilmiş ərazilərimizdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi institutu daha bugünlərdə - 19 yanvarda yaradılıb; ilk xüsusi nümayəndə Şuşaya təyin olunub. “Niyə məhz Şuşa?” sualının cavabı özlüyündə aydındır. Çünki Şuşa bizimçün xüsusi şəhərdi, simvol şəhərdi. Prezidentin Mədəniyyət Paytaxtı elan etdiyi Şuşa unikal hərbi taktika ilə azad edilib, bu azadetmə əməliyyatı, demək olar, ağılalmaz şəkildə baş verib – bunu düşmən tərəfin ictimailəşmiş etiraflarından da görmək olar, öz hərbçilərimizin qürurla danışdıqlarından da. Şuşa həm azad edilib, həm mümkün dağıntılardan qorunaraq azad edilib. 30 il öncəsində qoruya bilmədiyimiz şəhəri qoruya-qoruya azad etmişik. Bütün dövrlərdəki şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı, yaralılarımıza şəfalar!
Bəli, Şuşa Mədəniyyət Paytaxtımız elan olunub, yəqin Ruh Paytaxtı qavramı rəsmi literatura keçmiş olsaydı, Şuşamıza Ruh Paytaxtı deyərdik. Şuşanın azad olunması ilə ruhumuz azad olub, üfüqümüz genişlənib, inamımız möhür kimi hər yaddaşa vurulub. “Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib”. – Azərbaycan Prezidentinin Şuşaya verdiyi xüsusi önəm Qarabağın sürətlə inşa edilən gələcəyinə bəslənən diqqət-qayğının nişanəsidir. Biz Şuşa başda olmaqla Qarabağı tikirik, qururq, yaradırıq; imkanlar artır, yeni iş yerləri açılır, işğal dönəmi ilə azadedilmədən sonrakı dönəmin fərqi açıq görünür və s. Bütün bunlar ağlı başından tam çəkilməmişləri də düşündürür, əlbəttə. Əlbəttə, görürlər ki Azərbaycanın ayağının altında qalmaqdansa, ayağının tozunu silmək daha ağlısəlim davranışdır... Dövlət başçımızın “Şuşanı dirçəldəcəyik!” sözü “Qarabağı dirçəldəcəyik”, “Azərbaycanı dirçəldəcəyik”, “Qafqazı dirçəldəcəyik!” şəklində də oxuna, qəbul edilə bilər.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN! BAYRAĞIMIZ UCA OLSUN!