Modern.az

Baş Prokurorluq müstəntiqin rüşvət almasını təkzib etdi

Baş Prokurorluq müstəntiqin rüşvət almasını təkzib etdi

Aktual

16 Aprel 2021, 15:06

Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Kamal Kamilovun Binəqədi rayon Polis İdarəsinin sabiq müstəntiqi Tural Aslanova rüşvət verməsi barədə müraciətinin prokurorluq orqanları tərəfindən araşdırılmaması barədə məlumatlar yayılıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən açıqlamada bu məlumat təkzib olunub:

 

“Kamal Kamilovun qeyd edilən müraciəti üzrə Bakı şəhəri, Binəqədi rayon prokurorluğu tərəfindən araşdırma aparılıb. Müraciətdə göstərilən xüsusatlar öz təsdiqini tapmadığından 4 iyul 2020-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilib. Həmin qərar barədə Kamal Kamilov məlumatlandırılmaqla ona qərardan şikayət vermək hüquqları izah olunub.

Kamil Kamilovun oğlu İsmət Kamilovun təqsirləndirildiyi cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə tərəfindən ittiham hökmü çıxarılıb”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı