Modern.az

Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib

Aktual

17 Aprel 2021, 12:34

Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib.

 

Bu barədə nazirlikdən Modern.az-a verilən məlumatda bildirilib.

 

Onlardan 409,3 min nəfər (o cümlədən, 386,6 min nəfər aylıq, 22,7 min nəfər birdəfəlik) sosial müavinətlə,  281,9 min nəfər isə Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

 

Bu ilin birinci rübündə əhaliyə sosial müavinətlər üzrə 148,2 milyon manat, təqaüdlər üzrə 106 milyon manat ödənilib.

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı