Modern.az

Hər gün 600 minə yaxın sərnişin kartla ödəniş edir

Hər gün 600 minə yaxın sərnişin kartla ödəniş edir

Aktual

28 Aprel 2021, 11:56

 “Bəzi avtobuslar kartlaşma sistemi üçün əlverişli deyil. Bunun üçün biz həmin avtobusları təmir edib, kart sistemində çalışmasını təmin edirik”.

 

Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

 

O bildirib ki, gündəlik olaraq, 600 minə yaxın sərnişin nağdsız ödəmə sistemindən istifadə edir:

“Sərnişin səyahətlərinin 47 faizini nağd ödəmə, 53 faizini nağdsız ödəmələr təşkil edir. 2020-ci ildə 478 avtobusda kart sistemi tətbiq edilib ki, hazırda ümumilikdə 1107 avtobus kartla fəaliyyət göstərir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı