Modern.az

Azərbaycanda peyvənd olunanların sayı 1.5 milyona çatır 

Azərbaycanda peyvənd olunanların sayı 1.5 milyona çatır 

Aktual

30 Aprel 2021, 18:55

Azərbaycanda son sutkada 16639 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 6328 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 10311 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1488218 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 966132 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 522086 nəfərdir.

 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı