Prezident cənab İlham Əliyevin Sərəncamı əsasında Goranboyda yolların asfaltlaşdırılması davam etdirilir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 mart 2020-ci il tarixli Sərəncamına əsasən, 30 min nəfər əhalinin istifadə etdiyi 8 kəndi birləşdirən 38 km Əlirzalı–Xan Qərvənd–Yeniyol-Təklə-Aşağı Ballıqaya-Səfikürd–Rəhimli-TapQaraqoyunlu yolunun tikintisi davam etdirilir.
Yolun Əlirzalı, Xan Qərvənd, Yeniyol və Təklə hissələrində tikinti işləri başa çatdırılmış, hazırda Aşağı Ballıqaya, Nərimanlı, Zeynallı, Səfikürd, Rəhimli və Tap Qaraqoyunlu istiqamətlərində işlər davam etdirilir.
İcra başçısı Məhərrəm Quliyev yekunlaşmaq üzrə olan Səfikürd-Rəhimli yolunun Rəhimli hissəsində aparılan işlərlə yerində tanış oldu.