Qubanın Zərqova İƏD-nin Xaspolad kəndində baş verib.
Modern.az xəbər verir ki, kənd sakini, 36 yaşlı Tərlan Əhmədova məxsus iki mərtəbəmi yaşayış evində başlayan qəfil alov bütün evi bürüyüb. Nəticədə ümumi sahəsi 80 kvadratmetr olan ikimərtəbəli ev və əşyaları tam yanıb. Ev sahibi Tərlan Əhmədov və həmin evdə kirayədə qalan 28 yaşlı Könül Cəfərova hadisə zamanı yanıq xəsarətləri alıblar. Onlar dərhal Quba Müalicə Dioqnostika Mərkəzinə çatdırılıblar. Ev sahibi Tərlan Əhmədov evində kirayədə qalan Könül Cəfərovanı ikinci mərtəbədən yanğından xilas edərkən xəsarət alıb. 28 yaşlı Könül Cəfərova Xaspolad kəndinə Bakıdan təyinatla gəlib, subay olan xanım kənd məktəbində ibtidai sinif müəllimi işləyir. Xəstəxanada Könül Cəfərovaya birinci, ev sahibi Tərlan Əhmədova isə ikinci dərəcəli yanıq xəsarəti qoyulub. Yanğının elekrik qapanmasından baş verdiyi ehtimal edilir.
Hadisə yerində FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi işləyib.
Yanğının başvermə səbəbi araşdırılır.

Aytəkin ALXASLI