Modern.az

“Heydər Əliyev və Şanlı Azərbaycan” kitabı çap olundu

“Heydər Əliyev və Şanlı Azərbaycan” kitabı çap olundu

Aktual

25 İyun 2021, 13:50

Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Şanlı Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransının məruzələrinin tezislərindən ibarət kitab çap olunub. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, konfrans mayın 16-da bu təhsil ocağında onlayn formatda keçirilib.

 

Modern.az xəbər verir ki, konfransda 3 məcburi köçkün məktəbi olmaqla, ümumi 18 orta məktəbdən 33 şagird, 8 universitetdən 28 tələbə fəal iştirak edib. Konfransda iştirak edən 300 nəfərdən çox  tələbə və şagirdlərə sertifikatlar göndərilib.  

 

Kitabın açıq PDF-variantı universitetin Dspace rəqəmsal kitabxanasında yerləşdirilib, eyni zamanda bütün konfrans iştirakçılarına kitabın PDF variantı göndərilib.

 

ADU-nun  DSpace rəqəmsal kitabxanasından kitabın PDF versiyasını aşağıdakı linkə keçid edib əldə etmək olar.

 

//217.64.17.124:8080/xmlui/handle/123456789/1108

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?