Modern.az

Goranboyda kişi qohumunu güllələndi

Goranboyda kişi qohumunu güllələndi

Aktual

25 İyun 2021, 15:10

Goranboyda güllələnmə hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü İbrahimov Məharət Fərman oğlu baş nahiyəsi və əlindən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Məlumata görə, M. İbrahimov qohumu tərəfindən güllələnib. Qohumlar arasından insident su üstündə olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!