Modern.az

Son üç gündə 400 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib

Son üç gündə 400 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib

Aktual

25 İyun 2021, 15:22

Son üç gündə Rusiyadan Azərbaycana 400-ə yaxın Azərbaycan vətəndaşı gətirilib.

 

Pandemiya səbəbindən Rusiyadan qayıda bilməyən soydaşlarımız Qusarın Azərbaycan-Rusiya sərhədində yerləşən Samur keçid məntəqəsindən keçməklə ölkəmizə gətiriliblər.

 

Modern.az-ın əldə etdiyimiz məlumata görə, son iki gündə Rusiyadan 249 soydaşımız gəlib və bu gün isə 166 nəfər Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi nəzərdə tutulub.

 

Azərbaycana gələn vətəndaşlardan Samur keçud məntəqəsində TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanasının tibbi heyəti tərəfindən koronavirus testi götürülüb.Testin nəticəsi çıxanadək həmin vətəndaşlar karantinə alınırlar.

 

Aytəkin ALXASLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar