Modern.az

İmişli bazarında yanğın söndürüldü - YENİLƏNİB

İmişli bazarında yanğın söndürüldü - YENİLƏNİB

Aktual

25 İyun 2021, 20:43

İmişli şəhəri ərazisindəki bazarda baş verən yanğın söndürülüb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, nazirliyin Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən qısa müddətdə alovun qarşısı alınıb və yanğın söndürülüb.
Hadisə zamanı xəsarət alan olmayıb.

 

18:48

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə İmişli şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.

 

FHN-dən Modern.az-a verilən məlumata görə, məlumat daxil olandan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.

 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...