Modern.az

Bakıdan Yerəvana gedən XİN rəhbərləri Paşinyanla görüşdülər

Bakıdan Yerəvana gedən XİN rəhbərləri Paşinyanla görüşdülər

Aktual

25 İyun 2021, 19:10

Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku "Twitter"də bildirib. 

 

 

 

“Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında pozitiv gündəliyə nail olmaq, etimadın möhkəmləndirilməsi, münaqişədən sonrakı məsələlərin həlli və sabitlik üçün regional əməkdaşlıq istiqamətində öz səylərini davam etdirməyə qərarlıdır”, - deyə Rumıniya XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, Avstriya, Litva və Rumıniya XİN başçıları Cənubi Qafqaz regionunda səfərdədirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!