Modern.az

Sabirabadda qadın intihara cəhd etdi

Sabirabadda qadın intihara cəhd etdi

Aktual

25 İyun 2021, 20:09

Sabirabadda qadın sirkə turşusu içərək özünə qəsd edib.

 

Modern.az xəbər verir ki, Sabirabad rayonunun Nizami kənd sakini, 1973-cü il təvəllüdlü Səmədova Yaqut Rizvan qızı sirkə turşusundan zəhərlənib.

 

O, mədə və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Qohumlarının bildirdiyinə görə, qadın mütəmadi olaraq həyat yoldaşı tərəfindən döyülüb və zorakılığa məruz qalıb. O, bir müddət əvvəl bu barədə polisə şikayət ərizəsi ilə müraciət edib.

 

Faktla bağlı araşdırma aparılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?