Modern.az

110 Azərbaycan vətəndaşı Rusiyadan vətənə qayıtdı

110 Azərbaycan vətəndaşı Rusiyadan vətənə qayıtdı

Aktual

25 İyun 2021, 20:56

Azərbaycan vətəndaşları Dağıstan sərhədindən keçərək Rusiyadan vətənə qayıdıblar.

 

Modern.az xəbər verir ki, 110 Azərbaycan vətəndaşı Dağıstandakı Yaraq-Kazmalyar gömrük-keçid məntəqəsindən keçərək vətənə dönüb.

 

Bu barədə Dağıstanın milli siyasət və din işləri nazirinin birinci müavini Qarun Davıdov jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, daha 500 Azərbaycan vətəndaşı keçid məntəqəsindən evə qayıdacaq (Azərtac).

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?