Modern.az

Bakıda diləndirilən azyaşlı sığınacağa yerləşdirildi - FOTO

Bakıda diləndirilən azyaşlı sığınacağa yerləşdirildi - FOTO

Aktual

3 İyul 2021, 10:47

Ötən gün axşam saatlarında 3-4 yaşlarında bir uşaq Caspian Plaza ətrafında 27-ci polis bölməsinin əməkdaşları tərəfindən diləndiyi yerdə aşkarlanaraq uşaq sığınacağına yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə məlumat verib. Bildirib ki, azyaşlı böyük ehtimalla roman qaraçılarındandır, fikrini izah edə bilir. Lakin kimliyi barədə hələlik dəqiq məlumat yoxdur.

 

Qurum rəhbəri azyaşlıların diləndirilməsi hallarının qarşısının alınması üçün bütün müvafiq qurumları səfərbər olmağa və mütəmadi reydlər keçirməyə çağırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV