Modern.az

Terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadın "İnterpol"un axtarışına verildi

Terrorçuluqda təqsirləndirilən azərbaycanlı qadın

Aktual

3 İyul 2021, 11:21

Rusiya hüquq-mühafizə orqanları Azərbaycan əsilli qadını beynəlxalq axtarışa verib.

 

Modern.az xəbər verir ki, bu barədə "İnterpol"un saytında məlumat verilib. 

 

Bildirilib ki, 1991-ci ildə Dərbənd şəhərində anadan olan, Azərbaycan və rus dillərində danışan Əminə Əliyeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.

 

Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün "İnterpol"a müraciət olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi