Modern.az

Polis istirahət mərkəzin icarədarına protokol yazdı

Polis istirahət mərkəzin icarədarına protokol yazdı

Aktual

3 İyul 2021, 15:55

Sumqayıtda istirahət mərkəzinin icarədarı cərimələnib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları ilə birgə keçirdikləri tədbir zamanı iyulun 1-də Sumqayıt şəhərində dənizkənarı sahildə yerləşən “Antalya” istirahət mərkəzinin atmosferə atılan zərərli tullantıları təmizləyən müvafiq qurğusu olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Oranın icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə protokol tərtib edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!