Modern.az

Efiopiyada 400 min insan aclıqdan əziyyət çəkir - BMT

Efiopiyada 400 min insan aclıqdan əziyyət çəkir - BMT

Aktual

3 İyul 2021, 16:51

BMT rəsmiləri Efiopiyanın Tiqray bölgəsindəki döyüşlərin aclığa səbəb olduğunu açıqlayıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, hərbi qarşıdurmanın yaratdığı aclığın 400 mindən çox insanı əhatə etdiyi bildirilir. BMT Təhlükəsizlik Şurasının üzvləri bölgədə təxminən 33 min uşağın ağır şəkildə qidalanma problemi yaşadığını bəyan edib. Yerli rəsmilər isə 8 ay davam edən silahlı qarşıdurmadan sonra 1.8 milyon insanın aclıq həddində olduğunu söyləyir.

 

Qeyd edək ki, "Tiqray Xalq Qurtuluş Cəbhəsi" silahlıları ilə Efiopiya silahlı qüvvələri arasında gedən döyüşlər artıq minlərlə insanın həyatına son qoyub, 2 milyondan çox sakin isə qaçqın həyatı yaşayır.

Sizə yeni x var
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV