Modern.az

Bakıda piyadaların ölümü ilə nəticələnən qəzalar olub

Bakıda piyadaların ölümü ilə nəticələnən qəzalar olub

Aktual

3 İyul 2021, 17:12

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 2-də saat 23 radələrində Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində Şərur rayon sakini M.Cəfərov idarə etdiyi “Saipa” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rafiq Budaqovu vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Bundan başqa, həmin gün saat 23 radələrində Xəzər rayonu Türkan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İmran Mirzəyev vurulub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV