Modern.az

Əfqanıstanın 94 hərbçisi Tacikistanın ərazisinə keçib

Əfqanıstanın 94 hərbçisi Tacikistanın ərazisinə keçib

Aktual

5 İyul 2021, 08:38

Tacikistan-Əfqanıstan sərhədindəki Bədəxşan əyalətinin Xoxon qəzası Taliban terrorçularının nəzarətinə keçib.

 

Modern.az Tacikistan Dövlət Təhlükəsizliyi Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Əfqanıstan ordusunun 94 hərbçisi həyatlarını xilas etmək üçün Tacikistan ərazisinə yaxınlaşıb və tacik sərhədçiləri onların “Şoxon” sərhəd zastavasından ölkə ərazisinə girməsinə icazə verib.

 

Tacikistan sərhədçilərinin nümayəndəsi yerli jurnalistlərə deyib ki, əfqan hərbçiləri ölkə ərazisinə buraxılmasaydı, onların hamısı Taliban terrorçuları tərəfindən öldürüləcəkdi. O bildirib ki, Tacikistan-Əfqanıstan sərhədində vəziyyət gərgin olsa da, nəzarəti bir an da olsa əldən vermirik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV