Modern.az

Füzulidə minalanmış ərazi yanır - əraziyə helikopter cəlb olundu

Füzulidə minalanmış ərazi yanır - əraziyə helikopter cəlb olundu

Aktual

5 İyul 2021, 11:10

Fövqəladə Hallar Nazirliyinə Füzuli rayonunun Qarazalı kəndində (Xocavənd rayonunun Hadrut qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat əsasında dərhal Nazirliyin Aviasiya dəstəsinin bir ədəd helikopteri cəlb olunmaqla yanğınla mübarizə tədbirlərinə başlanılıb.

 

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi