Modern.az

Ucar sakinini elektrik vurub öldürdü

Ucar sakinini elektrik vurub öldürdü

Aktual

6 İyul 2021, 23:58

Ucar sakinini elektrik cərəyanı vurub.

 

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Müsüslü kəndində baş verib.

 

Kənd sakini, 1976-cı il təvəllüdlü Natiq Kamil oğlu Ağayev elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Məlumata görə, 4 uşaq atası olan N.Ağayevi su nasosu ilə həyətyanı sahəsini suvarmaq istəyərkən elektrik enerjisi ilə ehtiyatsız davranıb və onu cərəyan vurub.

 

Fakt araşdırılır (apa).

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi