Modern.az

Mikayıl Cabbarovdan qeyri-neft sənayesi məhsullarının ixracı ilə bağlı AÇIQLAMA

Mikayıl Cabbarovdan qeyri-neft sənayesi məhsullarının ixracı ilə bağlı AÇIQLAMA

Aktual

9 İyul 2021, 16:58

"Azərbaycanda qeyri neft sektorunun ixrac potensialı sürətlə artır".

 

Modern.az xəbər verir ki, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov "Tiwitter"də bildirib.

 

"Bu ilin 6 ayında qeyri-neft məhsullarının ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% artaraq 1 162,4 milyon ABŞ dollarını keçib. Bu dövrdə qeyri-neft sənayesi məhsullarının ixracında isə 40,1%-lik artıma nail olunub. Ümumilikdə, I yarımillikdə ixracdan gəlirlərin artımı 14,8% təşkil edib. Bu, maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir", - deyə o, qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı