Modern.az

Rusiya Xəzər dənizi ilə Bakıyadək kruiz səfərləri planlaşdırır

Rusiya Xəzər dənizi ilə Bakıyadək kruiz səfərləri planlaşdırır

Aktual

9 İyul 2021, 18:42

Rusiyanın "Mosturflot" kruiz şirkəti "Pyotr Veliki" layneri ilə Xəzər, Azov və Qara dənizləri ilə kruiz səfərləri imkanını nəzərdən keçirir.

 

Modern.az-ın məlumatına görə, bunu şirkətin baş direktor müavini Svetlana Qonçarova deyib.

 

O bildirib ki, Rusiyada Volqa çayında kruizləri üç dənizlə birləşdirən marşrutlar hazırlanıb:

 

"Marşrutlardan biri Moskvadan Volqa çayı ilə Həştərxanadək, daha sonra Xəzər dənizinə çıxmaqla Bakıya qədər olacaq. Digər marşrut Xəzər dənizi ilə Bakıya çıxış, daha sonra Volqa-Don kanalı ilə Azov dənizinə, oradan da Qara dənizlə Soçiyədək davam edə bilər. Bundan başqa, Türkiyəyə də marşrutların eləcə də Xəzəryanı beş ölkə boyunca kruizlərin təşkili planlaşdırılır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV