Modern.az

İcra başçısının müavini işdən çıxarıldı

İcra başçısının müavini işdən çıxarıldı

Aktual

9 İyul 2021, 19:12

Lənkəran rayon İcra Hakimiyyəti başçısının müavini Xalid Rəhimov vəzifəsindən çıxarılıb.

 

Modern.az xəbər verir ki, Lənkəran RİH-dən “Qafqazinfo”ya verilən məlumata görə, Xalid Rəhimov işdən çıxmaq üçün özü ərizə ilə müraciət edib.

 

O, səhhətində problem olduğu üçün vəzifəsindən uzaqlaşdırılmasını istəyib. X.Rəhimov həmçinin, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri olub.

 

İcra başçısı Taleh Qaraşovun əmri ilə X.Rəhimov işdən azad edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir