Modern.az

Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdi

Çavuşoğlu Ceyhun Bayramovu təbrik etdi

Aktual

9 İyul 2021, 19:20

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 9 iyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə azərbaycanlı həmkarı Ceyhun Bayramovu təbrik edib.

 

Modern.az-ın xəbərinə görə, Türkiyə XİN başçısı bununla bağlı “Twitter”də paylaşım edib.

 

“Dəyərli qardaşım - Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov başda olmaqla, bütün azərbaycanlı diplomat qardaş-bacılarımızın Diplomatlar Gününü təbrik edirəm. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!”, - deyə M. Çavuşoğlu qeyd edib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV