Modern.az

Erməni pilotun idarə etdiyi təyyarə qəzaya uğradı - 3 nəfər öldü

Erməni pilotun idarə etdiyi təyyarə qəzaya uğradı - 3 nəfər öldü

Aktual

9 İyul 2021, 22:35

Livanın Kəsrəvan dairəsində, Beyrutdan şimaldakı dağlıq ərazidə kiçik təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot və iki sərnişin (kişi və qadın) həlak olub.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, “Open Sky Aviation” şirkətinə məxsus “Cessna 172” tipli yüngül təyyarə Beyrut hava limanından qalxdıqdan 20 dəqiqə sonra Gosta qəsəbəsi yaxınlığında yerə çırpılıb.

 

Təyyarəni Corc Şirikcyan adlı erməni əsilli pilot idarə edirmiş.

 

Qəza ilə əlaqəli istintaq başladılıb.

 

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı