Modern.az

Bakıda xanım sürücü maşınla mağazaya girdi - FOTO

Bakıda xanım sürücü maşınla mağazaya girdi - FOTO

Aktual

9 İyul 2021, 22:49

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, hadisə Şövkət Məmmədova və Süleyman Sani Axundov küçələrinin kəsişməsində qeydə alınıb.

 

Belə ki, “KİA” markalı nəqliyyat vasitəsini idarə edən xanım sürücü sükan arxasında yuxulayıb.

Sükana nəzarətin itirilməsi avtomobilin yoldan çıxmasına səbəb olub.

Nəqliyyat vasitəsi inşaat malları mağazasına çırpılıb.

Nəticədə sürücü xəsarət alıb.

 

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib (apa).

 
Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi