Modern.az

Bakıda yol qəzası - ölən və yaralanan var

Bakıda yol qəzası - ölən və yaralanan var

Aktual

9 İyul 2021, 23:24

Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Maştağa-Buzovna yolunda qeydə alınıb.

 

Belə ki, “VAZ 2107” markalı avtomobil “Mercedes”lə toqquşub. Qəza nəticəsində “VAZ 2107”-də olan 2002-ci il təvəllüdlü Məmmədov Eşqin Vüqar oğlu ağır xəsarət alıb.

Avtomobilin digər sərnişini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Qurban Saqif oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb (apa).

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi