Salyanda çayda meyit aşkar edilib.
Modern.az-ın məlumatına görə, bu gün səhər saatlarında Kür çayı üzərində Salyan şəhər və Babazənan yaşayış məntəqəsini birləşdirən körpünün yaxınlığında 25-30 yaş arasında naməlum kişi meyiti aşkar edilib.
Hadisə yerinə aidiyyati qurumların əməkdaşları cəlb olunub. Meyit çaydan çıxarılaraq aidiyyati üzrə təhvil verilib.
Hazırda meyitin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma gedir.