Modern.az

Pakistanda Azərbaycan məhsulları satılacaq

Pakistanda Azərbaycan məhsulları satılacaq

Aktual

10 İyul 2021, 10:40

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşəbbüsü ilə "Made in Azerbaijan" məhsullarının satışının Pakistanda həyata keçirilməsi məqsədilə Azərbaycanın ilk yerli təbii kosmetika istehsalçısı şirkəti olan "Gazelli Group"-un tanıdılmasına başlanıb.

 

Modern.az xəbər verir ki, bu məqsədlə Pakistanda olan "Gazelli Group"-un direktoru Nərmin İsmayılova Pakistanın bu sahədə fəaliyyət göstərən bir sıra şirkətləri ilə ikitərəfli görüşlər keçirib, "Gazelli Group"un istehsal etdiyi yerli və təbii məhsullar barədə məlumat verib, təmsil etdiyi şirkətin yüksək keyfiyyətli təbii məhsullarının Pakistan bazarında satışının həyata keçirilməsi üçün lazımi işlərin görülməsinə hazır olduğunu vurğulayıb.

 

Görüşlər çərçivəsində dünyanın bir çox müxtəlif brendlərinin də satışının həyata keçirildiyi Pakistanın D.Watson mağazalar şəbəkəsində Azərbaycanın  "Gazelli Group" şirkətinin məhsullarının Pakistanda satışının həyata keçirilməsi razılığı əldə olunub. Pakistanın D.Watson mağazalar şəbəkəsinin rəhbəri Vaqar Zəfər Baxtavari ölkəmizin məşhur brendi olan "Gazelli Group"un məhsullarına böyük maraq göstərdiklərini, sözügedən şirkətin fabrikləri ilə tanışlıq məqsədilə qısa zamanda Azərbaycana səfər edəcəyini də bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı