Modern.az

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Milli Məclisin deputatı beynəlxalq tədbirdə iştirak edəcək

Aktual

10 İyul 2021, 10:47

Milli Məclisin deputatı Könül Nurullayeva iyulun 12-də Monteneqronun paytaxtı Podqoritsa şəhərinə səfər edəcək.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, deputatımız Monteneqro Respublikasının Parlamentində keçiriləcək  Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında iştirak edəcək.

 

Tədbirdə Könül Nurullayeva tolerantlıq və sülh prinsiplərinin təşviqi və inkişafının zəruriliyi barədə danışacaq, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən, ölkəmizin regionda sabitliyin qorunması istiqamətində atdığı addımlardan bəhs edəcək. 

 

Səfər iyulun 18-də başa çatacaq.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...