Modern.az

Azərbaycanda karbon qazı tullantıları azalıb

Azərbaycanda karbon qazı tullantıları azalıb

Aktual

10 İyul 2021, 13:26

Azərbaycanda 2020-ci ildə karbon qazı tullantıları 2019-cu illə müqayisədə 5,3 faiz azalıb.

 

Modern.az bu barədə bp şirkətinin Dünya enerjsinin statistik icmalına istinadən məlumat verir.

 

Qeyd olunur ki, 2019-cu ildə karbon qazı tullantıları 35,9 milyon ton idisə, 2020-ci ildə bu göstərici 34,1 milyon ton təşkil etmişdi.

 

Azərbaycanda karbon qazı tullantılarının həcmi 2010-cu ildə 27,4 milyon ton, 2011-ci ildə 30,7 milyon ton, 2012-ci ildə 30,8 milyon ton, 2013-cü ildə 31,1 milyon ton, 2014-cü ildə 31,7 milyon ton, 2015-ci ildə 34,1 milyon ton, 2016-cı ildə 33,6 milyon ton, 2017-ci ildə 32,4 milyon ton, 2018-ci ildə 34 milyon ton təşkil edib.

 

bp-nin qiymətləndirməsinə əsasən, dünya ümumi karbon qazı tullantıları 2019-cu ildə 34 356,6 milyon tondan 2020-ci ildə 32 284,1 milyon tonadək (6,3 faiz) azalıb.

 

Tullantıların həcminə görə, Avropa İttifaqı liderlik edir. Bu regionun payına dünya karbon tullantılarının 13,4 faizi düşür.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi