Modern.az

Azərbaycan XİN Tacikistana başsağlığı verdi

Azərbaycan XİN Tacikistana başsağlığı verdi

Aktual

10 İyul 2021, 13:33

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində məlumat verilib.

 

“Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə açıqlamada vurğulanıb.

 

Qeyd edək ki, bu gün Tacikistanın şimalında 5.9 bal gücündə zəlzələ baş verib. Nəticədə, 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV