Modern.az

SABAH qruplarına qəbul imtahanı keçirilib

SABAH qruplarına qəbul imtahanı keçirilib

Aktual

10 İyul 2021, 13:47

Dövlət İmtahan Mərkəzi bu gün SABAH qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsini (test imtahanı) keçirib.

 

Mərkəzdən Modern.az-a bildirilib ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunub.

 

İmtahan saat 10:00-da başlanıb və 2 saat davam edib.

 

İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulurdu.

 

İmtahan nəticələrinin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

 

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi ayrılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV