ABŞ-ın Serfsayd şəhərində (Florida ştatı) yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 86-ya çatıb.
Modern.az xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava mətbuat konfransında bildirib.
Dairə rəhbəri qeyd edib ki, dağıntılar altından daha bir neçə nəfərin cəsədi tapılıb. Onun sözlərinə görə, 86 nəfərin ölümü təsdiqlənib.