Modern.az

Nazir UEFA-nı "zavallı və qorxaq" adlandırdı

Nazir UEFA-nı

Aktual

10 İyul 2021, 21:31

Macarıstanın xarici işlər naziri Peter Siyyarto UEFA-nın Avro-2020 qarşılaşmaları zamanı diskriminasiya xarakterli insidentlərə görə Macarıstan millisinə üç oyun azarkeşsiz oynamaq cəzası verməsini tənqid edib.

 

Modern.az xəbər verir ki, bu barədə XİN rəhbəri özünün feysbuk hesabında yazıb.

 

“Meydana çıxıb himn oxuyan oyunçuları təhrik edə, qapıçının gözünə lazerlə işıq sala, yad cisimlər ata bilərsiniz, ancaq möhtəşəm atmosfer yaradıb oynamaq olmaz. Bu cür qərarı qəbul edən komitə zavallı və qorxaq orqandır”, - deyə nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV