Modern.az

Gürcüstanla Ermənistan arasında dostluq körpüsü - FOTO

Gürcüstanla Ermənistan arasında dostluq körpüsü - FOTO

Aktual

11 İyul 2021, 09:26

Gürcüstan-Ermənistan sərhədi yaxınlığındakı Sadaxlı-Baqrataşen keçid məntəqəsində yeni "Dostluq körpüsü"nün tikintisinə start verilib.

 

Modern.az Gürcüstan mediasına istinadla  xəbər verir ki, tikinti prosesi ilə tanış olmaq üçün Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri İrakli Karseladze, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Naziri Suren Papikian, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qafqaz üzrə regional direktoru Katarina Hansen, bankın Yerəvan ofisinin rəhbəri Dimitri Ğvindadze və başqa rəsmi şəxslər Sadaxlıda olublar. "Dostluq körpüsü" nün tikintisi Gürcüstan və Ermənistan hökumətlərinin dəstəyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.

 

AYİB körpünün inşası üçün Gürcüstana altı milyon avroya qədər vəsait ayırıb. Körpünün tikintisi Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti tərəfindən aparılır.

 

"Dostluq körpüsü"nün bir hissəsi Gürcüstan, digəri Ermənistan ərazisində olacaq. Tərəflər maliyyəni də bölüşəcəklər, kreditin 50%-i Ermənistan, qalan 50% -i isə Gürcüstan ödəyəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV